Axtarış...

Mənzillərin qiymətində gözlənilən BAHALAŞMA: - "Ailələr üçün əlçatanlılıq məhdudlaşır"

Mənzillərin qiymətində gözlənilən BAHALAŞMA: - "Ailələr üçün əlçatanlılıq məhdudlaşır"

“Bu il daşınmaz əmlakların qiyməti 15-20 faiz bahalaşa bilər”. DİA.AZ xəbər verir ki, bu sözləri daşınmaz əmlak bazarında müşahidə olunan bahalaşmanı dəyərləndirən əmlak məsələləri üçün ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, qiymət artımı təbii proseslər fonunda baş versə də, bəzi hallarda süni proseslərə görə təsirsiz ötüşmür:

“Ötən il tikinti materiallarının qiymətində kəskin artım vardı. Bu isə tikinti xərcləri və maya dəyərinin artmasına yol açır. Hətta əksər tikinti materialları iki dəfəyə qədər artmışdı. Mənzillərin qiymətinə gəlincə, əraziyə uyğun olaraq 5-10 faizlik artım baş vermişdi. Bu il isə artımın daha çox olacağı gözlənilir. Belə ki, ilin sonuna qədər 15-20 faizlik artım gözləniləndir. Onu da qeyd edim ki, yeni tikililər üçün qiymət həddindən artıq yüksəkdir. Bu, heç də yaxşı hal deyil. Çünki orta və aztəminatlı ailələrin mənzilə sahib olmaq imkanları məhdudlaşır”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz
Excellent post. I was checking continuously this blog and I am impressed!
Extremely useful information specifically the last part :) I care for such information much.
I was looking for this particular info for a long time.
Thank you and good luck.

my blog post ... wonder woman