Daha bir icra başçısının biznes siyahısı yayıldı - Video
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların siyahısı yayılıb.
“Yeni Sabah” xəbər verir ki, siyahını hərgun.az saytı yayıb. Siyahını təqdim edirik:
– Xırdalan şəhərindəki “Titanik” adlı böyük obyekt.
– Novxanı kəndində yerləşən “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı şərab evi.
– Mehdiabad-Fatmayi yolunun üstündəki “Palma” supermarketi, eyni adlı restoran.
– Həmçinin, Abşeron ərazisində təndirxanalar.
Sayt yazır ki, xanım icra başçının əsas biznesi rəhbərlik etdiyi Abşeron rayonunda deyil Binəqədi rayonunun ərazisində yerləşir.
Bunlardan biri ən azı bir milyon manata başa gəlmiş 3 mərtəbəli “Zümrüd” uşaq bağçasıdır.
“Zümrüd” icra başçısının anasının adıdır. Obyektə rəhbərliyi onun qızı Vüsalə Gülməmmədova edir.
Maraqlıdır ki, Abşeronda , əsas da Xırdalanda uşaq baxçası azdır və vətəndaşlar yer tapmaqda çətinlik çəkir.
Bəs niyə başçı baxçanı “Varovski”də tikdirib? “Varovski”nin kontingenti əsasən imkanlı ailələrdir və “Zümrüd” Abşeronun kasıb camaatı üçün çox bahalıdır.(“Yeni Sabah”)