Yaxın günlərdə bir neçə rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad ediləcək. Bu barədə DİA.AZ-a mötəbər mənbədən informasiya daxil olub.
Xəbəri verən qaynaq bildirir ki, konkret olaraq 8 rayonun başçısı ilkin mərhələdə dəyişdiriləvək. Qeyd edək ki, mənbə dia.az-a həmin rayon rəhbərlərinin siyahısını təqdim edib. Biz də siyahını oxuculara çatdırırıq:
1. Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev;
2. Biləsvuar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev;
3. Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev;
4. Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə;
5. Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov;
6. Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev;
7. Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev.
Mənbə iddia edir ki, Qusarın, Ağsunun, Lənkəranın və daha 4 rayonun da icra başçısı yeni dalğada dəyişdiriləvək.
DİA.AZ