Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov da narazılıq yaradır. Bu barədə DİA.AZ-a müraciət edən rayonun Alpout kənd sakinləri bildirirlər. Onların sözlərinə görə, bir neçə gün əvvəl icra hakimiyyətinin başçısı onların kəndində səyyar qəbul keçirsə də, bu qəbul əməlli-başlı teatr tamaşası təəssüratı yaradıb.
Sakinlər dia.az-a yazır: "İcra başçısının kəndə gələcəyini yalnız icra nümayəndəsi, yerli bələdiyyə və onların yaxın qohumları bilirdilər. Bis görüşə qatılmaq istəsək də, artıq qəbulun başa çatdığını deyib, bizi buraxmadılar. Amma bir-iki narazı vətəndaş qəbulda oldu. Onların da şikayətini başçı yarıyuxulu şəkildə dinlədikdən sonra, yenə də heç nə olmamış kimi başqa şeylərdən danışıb. Sanki şikayətçini eşitməyib. Adı da oldu SƏYYAR QƏBUL..."
Sakinlər bildirir ki, onlar başçı kənddən çıxmağa çalışanda da sözlərini demək istəsələr də buna nail olmayıblar. Sakinlər dia.az-a yazır: "Belə də başçı olar? Elə bil sanki hesabat verirmiş kimi kəndə gəldi və getdi. Bəs biz dərdimizi kimə deməliyik? Rayon mərkəzinə gedəndə də başçını tapa bilmirik, səyyar qəbulda da..."
Dia.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...DİA.AZ