Axtarış...

Rusiya-Ukrayna müharibəsi başlayır? - Politoloq

Rusiya-Ukrayna müharibəsi başlayır? - Politoloq

Rusiya və Ukrayna arasında baş verən insidentdə həm Rusiya və Ukraynada gedən daxili, həm də xarici geosiyasi proseslər rol oynayır.

Millitv.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, bu münaqişə dondurulmuş, həll olunmamış münaqişədir. Münaqişə dondurulmuş vəziyyətdə qalanda isə müxtəlif gözlənilməz proseslər müşahidə oluna bilər.

Politoloq qeyd edib ki, Ukrayna öz siyasətində Qərbə arxalanır:

"Xüsusilə də ABŞ və ABŞ-ın siyasətini əsas götürür. Demək olar ki, bu hadisələrin baş verməsində xarici siyasi amil öz rolunu oynayır. Bütün hallarda Ukraynanın özündə keçiriləcək seçkilər, Rusiyada Putinin reytinqinin aşağı düşməsi, dünya səhnəsində Rusiya-ABŞ arasındakı münasibətlərin gərginləşməsi fonunda bu hadisələr bu və ya digər şəkildə inkişaf edəcək".

Politoloq vurğulayıb ki, burada əsas diqqətçəkən məqam hadisələrin baş verdiyi ərazidir:

"Ekspertlər daha çox bu proseslərin Donbasda baş verəcəyini proqnozlaşdırırdı. Amma görünən odur ki, proseslərin arzulanmaz inkişafı Azov dənizi ətrafında gedir. Bu da onu göstərir ki, əslində burada proqnozlaşdırılmış ssenarilər bir çox hallarda rol oynamır".

Politoloq bildirib ki, insidentin şiddətli müharibələrə çevriləcəyi gözlənilmir:

"Hazırda Ukrayna məsələni BMT-də qaldırır. BMT-də müzakirələr getsə, çox güman ki, tərəflər bu hadisələri yumşaltmağa çalışacaq. Heç kəs hazırda müharibənin alovlanmasını istəmir. Ona görə də yaxın həftələrdə vəziyyət bu və ya digər şəkildə öz axarına düşəcək. Yəni soyuq müharibə iki ölkə arasında davam etsə də, gərginlik nisbətən səngiyəcək".

Qeyd edək ki, Rusiya ötən gün Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq aparılıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz