Axtarış...

Rusiyalı politoloq: "Ermənistanın Dağlıq Qarabağ münaqişəsi üzrə səmərəli danışıqlar aparmaq niyyəti yoxdur"

Rusiyalı politoloq: "Ermənistanın Dağlıq Qarabağ münaqişəsi üzrə səmərəli danışıqlar aparmaq niyyəti yoxdur"

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səmərəli danışıqlar aparmaq niyyəti yoxdur.

Millitv.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azernews-a açıqlamasında rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib.

O bildirib ki, münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin intensivləşməsi üçün ilk növbədə münaqişə tərəflərinin özlərinin danışıqlara hazır olması lazımdır: "Hazırda mən Azərbaycan tərəfindən fərqli olaraq, Ermənistan tərəfində səmərəli danışıqlar aparmaq arzusu görmürəm".

Ekspert vurğulayıb ki, problemin həlli üzrə danışıqlar prosesinə zəmanət verən ölkələri dəyişmək zəruridir:

"Üçüncü ölkələrin qoşulması sülhün əldə olunması baxımından hər zaman müsbət məqam hesab olunur. Lakin fikrimcə, indiki vəziyyətdə danışıqlar prosesinə zəmanət verən ölkələri dəyişmək, formatı dəyişdirmək, yəni indiki halda səmərəsiz ölkələr kimi ABŞ və Fransanı kənarlaşdırmaq lazımdır. Regionda sülhə real zəmanətçi Rusiya, Türkiyə və İrandır. Məhz bu ölkələr Bakı və Yerevan arasında diplomatik konsensusun tapılmasına kömək etməlidir".

Y.Mixaylov, həmçinin Ermənistanın cari siyasəti ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, Ermənistanın siyasəti Moskva ilə əsrlik münasibətlərin pozulmasına istiqamətlənib ki, bu da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına, ümumilikdə regional təhlükəsizliyə təsir edə bilər:

"Yerevan tam olaraq Qərbə yönələcəyi halda Moskva təhlükəsizlik planında Ermənistanın maraqlarını təmin edə bilməyəcək. Əgər Ermənistan hətta Rusiya hərbi bazalarının çıxarılmasına təkid etsə, o zaman Moskva böyük ehtimalla mühüm siyasi qərarlar qəbul edəcək. Mən Cənubi Qafqaz üzrə siyasətdə koordinatların tam dəyişdirilməsini nəzərdə tuturam. Bu, ilk növbədə, Ermənistanın düşmən adlandırdığı ölkə ilə mümkün yaxınlaşma və hərbi-siyasi ittifaqdır".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz