Axtarış...

Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda ticarət mərkəzi tikdirib -3 mərtəbəli

Naxçıvan şəhər icra Hakimiyyətinin başçısının müavini İmran Məmmədov Bakıda ticarət mərkəzi tikdirib.
 
İmran Məmmədovun ticarət mərkəzi Bakıda Ceyhun Hacıbəyli 41A ünvanında yerləşir.
 
Obyekt 3 mərətəbli və mansardlıdır.
 
Obyektin ümumi sahəsi 300 kvadrat metrdən artıqdır.
 
Qeyd edək ki, bu ərazidə qeyri-yaşayış binalarının, ticarət obyektlərinin 1 kvadrat metrinin satış qiyməti 7 min manatdan başlayır.
Xatırladaq ki, İmran Məmmədov Naxçıvan şəhər icra hakimiyyətinin başçısının müavini olmaqla yanaşı, həm də İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir.(qlobal.az)
Text-to-Speech

DİNLƏ






Şərh yaz