Axtarış...

Yaşayış evi əvəzinə ticarət obyekti: Dövlət qurumları Abşeronda qanunsuzluğa niyə göz yumur? - FOTOFAKT

Yaşayış evi əvəzinə ticarət obyekti: Dövlət qurumları Abşeronda qanunsuzluğa niyə göz yumur? - FOTOFAKT

Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi ərazisində quraşdırılmış şəhid lövhəsinin arxasında fərdi yaşayış adı altında inşa edilən obyektlə bağlı faktlar aşkarlanıb.

Yenicag.az xəbər verir ki, əldə edilən sənədlərə əsasən, həmin obyekt Fərzəliyev Bəhruza məxsusdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında qeyd olunan ərazidə tikinti sahəsi 886,71 kvadrat metr olan 2 mərtəbəli 12 otaqlı fərdi yaşayış evi kimi qeydiyyata alınıb. Həmin fərdi yaşayış evi Bəhruz İsfəndiyar oğlu Fərzəliyevin adına qeydiyyatdan keçib. Ancaq ərazidə fərdi yaşayış evi deyil, ticarət obyekti inşa edilib. Bu isə o anlama gəlir ki, aidiyyəti qurumlar olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqalədə Hallar Nazirliyi (FHN) və Abşeron Rayon İcra Hakimiyyəti B.Fərzəliyevin fərdi yaşayış evi adı altında milyonluq obyekt tikintisini həyata keçirməsinə göz yumur.

Yenicag.az-a daxil olan məlumatda bəhs olunan obyektin sahibi Naxçıvan şəhər sakini Bəhruz Fərzəliyevin arxasında yüksək vəzifəli məmurun dayandığı iddia edilir. Əgər belə olmasaydı, rəsmi sənəddə yaşayış evi üçün icazə alınmasına baxmayaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN və Abşeron Rayon İcra Hakimiyyəti ərazidə ticarət obyektinin inşa edilməsinə rahatlıqla göz yummazdı.Yenicag.az

Mövzunu davam etdirəcəyik.


Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
This design is incredible! You obviously know
how to keep a reader amused. Between your wit and your videos, I was almost moved to start my own blog (well,
almost...HaHa!) Wonderful job. I really loved what you had to say, and more than that, how you presented it.
Too cool!

Check out my homepage: [url=http://gdchuanxin.com/home.php?mod=space&uid=1575054]s[/url]