Sədaqət işıqdı – dövlətçiliyin
Bir əsgəri oldun sədaqətinlə.
İnam işığını yaşada bildin
Sən də Vətən boyda məhəbbətinlə!
Heydər amalının təntənəsini
Fondumuz yaşadır tarixlər üçün.
Tarixi tarixtək tanıya bildi
Anarın səsiylə dünya büsbütün!
Elə bir yoldasan, Mehriban xanım
Ali Baş Komandan yoludur bu yol !
Bu gündən sabahı işıqlandırır,
Elə ona görə Uludur bu yol !...