“ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCANIN DOSTLARI BEYNƏLXALQ KLUBU” nun təsisçisi Tahirə xanım İsmayılova Uluses.com.az-a bildirdi ki, “ULU ÖNDƏR” HEYDƏR ƏLİYEV Azərbaycanın qurucusu olmaqla yanaşı, milli və mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna və əvəz olunmaz xidmətləri vardır. “ULU ÖNDƏR”in bu xidmətləri və ideyaları nəinki ölkədaxili eləcə də beynəlxalq arenada rəğbətlə qarşılanır.
Hal-hazırda “ULU ÖNDƏR”in həyata keçirə bilmədiyi ideyaları həyata keçməsi üçün onun layiqli davamçısı Möhtərəm Prezidentimiz İLHAM ƏLİYEV gərgin və məhsuldar iş aparır. Harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı Möhtərəm Prezidentimiz İLHAM ƏLİYEVə dəstək olaraq “ULU ÖNDƏR”in ideyalarını həyata keçirməyə çalışır. Bizdə bir Azərbaycanlı olaraq HEYDƏR ƏLİYEVin ideyalarını həyata keçirmək üçün “ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCANIN DOSTLARI BEYNƏLXALQ KLUBU” İctimai Birliyini təsis etmək niyyətindəyik. İsmayılova Tahirə Abış qızı yığıncaq iştirakçılarını Birliyin nizamnaməsi və onun məqsədləri ilə tanış etdi.
Təsisçi-Xudiyev Araz Əlösət oğlu çıxış edərək bildirdi ki, Qazaxstanda fəaliyyət göstərən Dünya Azərbaycanlıları Konqresinin Sədridir və rəhbərlik etdiyi qurum dünyada rəsmi dövlət qeydiyyatına alınmış bu adlı ilk təşkilatdır.
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva Qazaxstanda fəaliyyət göstərən Dünya Azərbaycanlıları Konqresinin “FƏXRİ PREZİDENTİ”dir. Təsisçi-Xudiyev Araz Əlösət oğlu çıxışına davam edərək bildirdi ki, “ULU ÖNDƏR” HEYDƏR ƏLİYEVin arzularının və nizamnamə məqsədlərinin həyata keçirilməsi üçün Azərbaycanda böyük potensial var və qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün o öz beynəlxalq əlaqələrindən maksimum istifadə edəcəkdir. Təsisçi-Qurbanov Çingiz Nəbi oğlu çıxış edərək belə bir İctimai Birliyin yaradılmasını zəruri hesab etdi və onun Nizamnaməsində göstərilən müddəalarla razı olduğunu bildirdi.