Axtarış...

“Lerikdə 8 məktəb bağlanıb, şagirdlər hələ daşınmayıb” - Yenilənib


“Bu ilin sentyabrında Lerikdə 8 məktəb bağlanıb, lakin şagirdlərin daşınması hələ mümkün olmayıb”.

Bunu deputat Vasif Qafarov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

Millət vəkilinin sözlərinə görə, daha 10 məktəbin də bağlanması nəzərdə tutulub: “Bu məktəblər bağlandığı halda, şagirdlərin daşınması məsələsinə Elm və Təhsil Nazirliyinin köməklik göstərməsini xahiş edirəm. Eyni zamanda, Lerik dağlıq ərazidir, rayonun bir tərəfindən o biri tərəfinə 100 kilometr məsafə var. Elə inzibati ərazi dairələri var ki, 10 kənd var, 5-6 da ibtidai məktəb, 3-də ümumi orta məktəb. Amma tam orta məktəb bir inzibati ərazi dairəsində yoxdur. Belə olan təqdirdə, 9-cu sinfi bitirən şagird məktəbi dəyişməli olur və uzaq məsafə qət etmək məcburiyyətində qalır”.

Mövzu ilə bağlı danışan maliyyə naziri Samir Şərifov bildirib ki, təhsil xərcləri 2021-ci illə müqayisədə 60 faiz artıb: “Bu, kifayət qədər nəzərəçarpan göstəricidir. Həll edilən məsələlərlə yanaşı, yəqin ki, bu sahədə problemlər də var”.

***

Elm və təhsil naziri Emin Əmrullayev Lerikdə bağlanan məktəblərin şagirdlərinin daşınmaması məsələsinin nəzarətə götürüldüyünü bildirib: “Bağlanan məktəblərin şagirdlərinin daşınması təmin olunmalıdır. Əgər olunmayıbsa, bunu araşdırarıq”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz