Əslində hazırda Bərdəyə rəhbərlik edən Vidadi İsayevlə bağlı - daha dəqiqi onun qanunsuz əməllərindən bir dastan bağlamaq olar. Və bu qeyd edəcəyimiz məqam onun işləkləri arasında son sırada dayananıdır, desək, yanılmarıq. "DİA-AZ" qeyd edir ki, həqiqətən də bu gün Azərbaycandan ən çox valyuta çıxaran icra başçılarından hesab olunan Bərdə rayon icra hakimiyyətinin rəhbəri Vidadi İsayev hansısa sirli qüvvə tərəfindən qorunduğundandır ki, rəsmən istədiyini həyata keçirməkdədir.
Bu gün Bərdədə vətəndaşı dinləyən yoxdur. Hətta olub ki, hansısa problemli Bərdə sakini qonşu rayonun başçısına müraciət edərək ondan kömək istəyib. Bu barədə yerli KİV-də yazı gedib.
İndi isə biz Vidadi İsayevin dəyərlərimizə olan münasibətindən yazacağıq...
Bu foto Bərdədə Bayraq Meydanına aiddir. Həm də bu foto 9 noyabr günü - Dövlət Bayrağı Günü çəkilib. Qeyd edək ki, 8 noyabrda - Zəfər Günündə də durum eyni idi. Yəni bu fotodakı kimi... Bu gün də durum eynidir... yəni bu fotoda əks olunan kimi...
Biz burada nə bayrağımızın anlamını, məna yükünü anlatmayacağıq... nə də bu barədə yoldaş İsayevə moizə oxumayacağıq. Hər halda, dəyərlərimizə olan münasibət ortadadır. Azərbaycan türkü üçün son 200 ildə əgər 8-9 noyabr tarixlərindəki məna yükündən çəkilisi rast gəlinməyibsə, o zaman bu mahiyyətə sayğısızlıq edən və həm də ixtisasca tarixçi olan Vidadi müəllimə möz adımızdan bir "BƏRƏKALLAH" deyirik... Daha "yuxarılar" nə deyər... bunun bizə aidiyyatı yoxdur...