Axtarış...

Vidadi İsayevə dəfələrlə müraciət etsə də... - MÜRACİƏT

Vidadi İsayevə dəfələrlə müraciət etsə də... - MÜRACİƏT

Ağdam rayon Dördyol iki Qəsəbə sakini Miryaqub Mənəfov bildirir ki, 2000- ci ildən 2008-ci ilə kimi Bərdə rayonunda 74 kv-lıq sahədə ona məxsus obyekt olub. Dia-az.İnfo-nun məlumatına görə, lakin, 2008 ci ildə Bərdə rayon İcra Hakimiyyətinin nümayəndələri gələrək sözü gedən sahədə Heydər Əliyev adına park salınacğını deyərək, onun obyektini söküblər.

Vətəndaş iddia edir ki 2008-ci ildən bu günə kimi İcra hakimiyyəti ona iş qurması üçün yer vermir.

Onun sözlərinə görə təzə bazar adlanan ərazidə ona İcra hakimiyyəti tərəfindən verilir, bir müddət sonra həmin sahənin 3 sahibinin olduğu məlum olur. Şikayətçi deyir ki İcra başçısı Vidadi İsayevə dəfələrlə müraciət etsə də, hər dəfəsində "bizlik deyil" deyib, onun problemini həll etmirlər.

Dia-az.info qeyd edir ki, müraciətinin sonunda vətəndaş aidiyyatı qrumlardan ona kömək etmələrini xahiş edir.

Məsələ diqqətimizdədir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz