Axtarış...

"Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!" - ETİRAZ VAR...


"Akademik şəbəkənin uzun illər yarıtmaz fəaliyyəti milli genefondumuzu məhv etməkdədir. Alim, akademik qılafında toxunulmazlıq qazanmış, ortada yeyib qıraqda gəzən, ölkənin beyin potensialını hərtərəfli şikəst edən bu zümrənin harın, məsuliyyətsiz və antimilli davranışları üzündən ölkəmizdə Tərtər boyda ağır cinayətlər törənmiş, başıpozuq və söyüşcül bir nəsil yetişmişdir. İslaholunmaz bu şəbəkənin yuvası birdəfəlik dağıdılmalıdır. Mənfur şəbəkə üzvləri bütün iyrənc əməllərini həyasızcasına ölkə rəhbərinin ünvanına dedikləri tərif, mədhiyyə fonunda həyata keçirirlər. Bu çoxbilmişlərin xain əməllərini görməmək üçün kor olmalısan..." DİA-AZ xəbər verir ki, bu ilginc təkliflə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov çıxış edib.
O daha sonra davam edir: "Xatırladım ki, AMEA prezidenti postunu 2019-cu ilin oktyabr ayından 2022-ci ilin fevralına qədər Ramiz Mehdiyev, 2022-ci ilin oktyabr ayından bu günə qədər isə onun yaxın dostu və silahdaşı İsa Həbibbəyli tutur. Biznesmen olmadıqları halda hər ikisinin böyük maddi imkanları var. Hesablama Palatasının yoxlaması 2020-2023-cü illəri əhatə edir. Ümud edək ki, QANUN öz sözünü deyəcək.

***

"AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, 2022-ci ilin sonlarından Akademiyada çoxşaxəli islahat və yeniləşmə hərəkatına start verilib. Həyata keçirilən ardıcıl və kompleks tədbirlər nəticəsində Akademiyanın strukturu əsaslı olaraq modernləşdirilib, elmin yeni prioritetləri dünya elminin çağırışları və dövlət siyasətinin strateji hədəfləri ilə uyğunlaşdırılıb, elmin dövlətin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji siyasətinin həyata keçirilməsində iştirakı əhəmiyyətli dərəcədə gücləndirilib, beynəlxalq elmi əlaqələr genişləndirilib".
Gözəl sözlərdir, deyilmi?! Təəssüf ki sözlə inkiaf olmur, İsa müəllim! İstəsəniz, açıq debat təşkil edin, mən sübut edim ki, akademiyada heç bir inkişaf və yeniləşmə yoxdur. Nə olsun ki, gözə kül üfürmək üçün hər gün o sözləri təkrar edirsiniz.
Akademiya prezidentinin və onun adamlarının, dostlarının cibi dolanda inkişaf və yeniləşmə olur?! Əksinə, tək-tük vicdanlı, mövqeyindən dönməyən məhsuldar alim varsa, onu da gözüm-çıxdıya salıb ləkələmək, maddi səfalətə düçar etdirib susdurmaq istəyirsiniz. Xain hesablamalarınıza görə ağır vəziyyətə saldığınız alim ölkə başçısına qarşı etiraz etməli və günahı onda görməli idi. Bunun əksini görüb yanıb-yaxılırsınız, çünki bu planınız baş tutmadı.
Deyirəm, niyə zərrə qədər utanmırsınız?! Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!"
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz