“Ramiz Mehdiyev Akademiyaya rəhbər gələndən sonra müsbətə doğru heç bir dəyişiklik olmayıb. Əksinə, vəziyyət daha da pisləşib”.
Millitv.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov AMEA-da yaşanan xoşagəlməz hallarla bağlı Baku TV-ə açıqlamasında bildirib.
“Mən gözləyirdim ki, Ramiz Mehdiyev yeniliklər edəcək. Burada yığılıb qalmış çoxlu problemlər var idi. Akademiya institutlarına ayrılmış qrantların mənimsənilməsi, dövlət büdcəsinin talanması halları var idi. Bunların heç biri haqqında əməli tədbir görülmədi. Akademiya artıq elmi müəssisə olmaq mahiyyətindən çıxıb, elə bil kimsə burada oturub əylənir. Bura sanki əyləncə mərkəzidir”.