Axtarış...

Prokurorluq həmin bəraətlə bağlı protest verdi


Prokurorluq bir milyon manatdan çox dələduzluqda təqsirləndirilən şəxsə bəraət verilməsi ilə bağlı hökmdən protest verib.

Azər İsmayılovun Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Binəqədi RPİ-də istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Məhkəmənin 15 avqust 2024-cü il tarixli hökmü ilə Azər İsmayılova bəraət verilib. Qeyd edilən bəraət hökmündən sentyabrın 3-də dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilib.

Qeyd edək ki, A.İsmayılov 1 milyon 200 min manatlıq dələduzluqda ittiham olunub. Belə ki, o, xarici ölkələrdən ölkəmizə ət və ət məhsullarının tədarükü ilə məşğul olub. İş üzrə 8 zərərçəkən şəxs olub. Azər İsmayılov həmin şəxslərin etibarından sui-istifadə edərək onların pulunu mənimsəməkdə təqsirləndirilib.

A. İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi müəyyən edilmədiyindən Azər İsmayılov barəsində bəraət hökmü çıxarıb.

“Qafqazinfo”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz