Axtarış...

Həbsdə olan sabiq hakimin yenidən məhkəməsi başladı - TƏFƏRRÜAT



Ali Məhkəmədə Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq hakimi, dələduzluqda ittiham edilən Lətif Nəbiyev barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sabiq hakimin cəzasını 4 il 6 aya endirib.

Qeyd edək ki, keçmiş hakim külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunub. İttihama görə, o, zərərçəkmiş Azad İbrahimova 247 min 500 dollar, Rüstəm Abdullayevə isə 59 min 700 dollar zərər vurub. L.Nəbiyev R.Abdullayevdən pulu iş qurmaq adı ilə alıb.

A.İbrahimovla qohum olan L.Nəbiyev həmin şəxsin pulunu Bakıda dəniz kənarında torpaq əldə etmək məqsədilə alaraq dələduzluq edib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L.Nəbiyevin statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib.

Daha sonra prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.

Gununsesi.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz