Ucar rayonu, Bərgüşad kənd sakini 1-ci Qarbağ müharibəsi veteranı Nəsiyev Azər Ataş oğlu JAMAZ.İNFO-ya müraciət edərək, Qarabağ qazisi olan oğlunun əlilliyinin ləğv edildiyini bildirib.
O bildirir ki, oğlu Nuruş Nəsiyev 2016-cı ilin aprel döyüşlərində ağır yaralanıb. “Partlayış nəticəsində oğlum ağır yaralanıb. Ona verilmiş 2-ci qrup əlillik 2023-cü ildə qanunsuz olaraq dayandırılıb.Çoxlu şikayətlər etsəmdə baxılmır, heç bir tədbir görülmür”.
Atası qeyd edir ki, oğlu Nuruş Nəsiyev döyüşdə aldığı xəsarətə görə, gözünün biri kor olub. “Qulağı eşitmir, ağır kəllə-beyin travması alıb”.
Azər Nəsiyev JAMAZ.İNFO-ya deyib ki, 4 oğlu Qarabağ qazisidir. Bacısı oğlu Səbuhi Ələkbər oğlu Süleymanov isə Vətən Müharibəsində Şəhid olub. “Nuruşun müalicə olunması üçün həyətimizdən iri buynuzlu heyvanlarımızı satmışıq. Banklardan kredit götürmüşük. İndidə borclarımızı ödəyə bilmirik. Nuruşa əlillik dərəcəsi 5 illik təyin edilsə də, 3 il keçəndən sonra qanunsuz dayandırdılar”.
Ucar sakini dövlət başçısına müraciət edərək, ondan kömək istəyib.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məsələyə münasibəti maraqlı olardı. Ən azından ona görə ki, aprel döyüşlərində bir gözünü və bütnlükdə sağlamlığını itirmiz Qazimizin əlillik dərəcəsinin dayandırlmasının səbəbini izah etmiş olardılar.