Axtarış...

Naxçıvanda YENİ HƏBSLƏR GÖZLƏNİLİR... - Yeyilən milyonlar KİMİN AYAĞINA YAZILIR?..

Naxçıvanda YENİ HƏBSLƏR GÖZLƏNİLİR... - Yeyilən milyonlar KİMİN AYAĞINA YAZILIR?..

Naxçıvan şəhər İcra Hakimiyyətində yoxlamalar aparan Hesablama Palatası 5 milyon manatdan artıq yeyinti aşkarlayıb. Yoxlamalar 2021/22-ci illəri əhatə edir. Həmin dövrdə adı keçən icra hakimiyyətinə hazırkı başçı Mirsənani Seyidov rəhbərlik edib. O, 2018-ci ildən bu vəzifədədir.

Mirsənani Seyidov ötən ay iki müavinini vəzifədən uzaqlaşdırıb.

Millitv.az bildirir ki, icra hakimiyyətindəki mənbənin “Gündəlik Naxçıvan”a verdiyi məlumata görə, milyonlarla yeyintinin məsuliyyətinin məhz işdən çıxarılan bu şəxslərin üzərinə atılacağı ehtimal olunur.

Palatadan verilən məlumata görə isə, yoxlamalar zamanı 1.792.167 manat məbləğindən artıq və qanunsuz əmək haqqı ödənilməsi, 564.407 manat məbləğində mal alışının əmtəəsiz sənədləşdirilməsi, 2.955.000 manat məbləğində vətəndaşlardan vəsaitin qanunsuz tələb edilməsi halları müəyyən edilib.

Auditlə həmçinin İcra Hakimiyyətinin tabeli qurumlarında küçələrin işıqlandırılması xərclərinin sayğac göstəricilərinə uyğun aparılmadığı, istehsalçılara satılmış suyun faktiki həcminin rəsmiləşdirilmiş göstəricidən nəzərəçarpacaq dərəcədə az olduğu, malların baha qiymətə rəsmiləşdirildiyi, dövlət əmlakından qanunsuz istifadə edildiyi və büdcəyə çatacaq vergilərin ödənilmədiyi də aşkar olunub.
Müəyyən olunmuş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal edilməsi nəzərə alınaraq, müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi qərara alınıb. Bu materiallar əsasında icra hakimiyyəti vəzifəlilərinə qarşı cinayət işinin açılacağı gözlənilir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz