Gəncə Şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri olub.
Qurumdan Trend-ə verilən məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Flora Zeynalova tutduğu vəzifədən azad olunub.
Bundan başqa, Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Dilqəm Alıyev işində verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.