Axtarış...

Bəxtiyar Haqverdiyev Gəncə Şəhər Səhiyyə İdarəsinə rəis təyin edildi

Millitv.az Astv.News istinadən xəbər verir ki,daha bir Gəncə ziyalısına etimad göstərildi. Nazim Əhmədova uğurlar arzu edirik.
Gəncə Şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin edilib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib.
 Bəxtiyar Haqverdiyev  Gəncə Şəhər Səhiyyə İdarəsinə rəis təyin edildi
O deyib ki, Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Bu vəzifəyə Abbas Səhhət adına 1 nömrəli Gəncə şəhər xəstəxanasının baş həkimi Nazim Məmməd oğlu Əhmədov təyin edilib.
Nazım Məmməd oğlu Əhmədov 1958-ci ildə Gəncə şəhərində anadan olub. 1975-ci ildə orta məktəbi əla qiymətlərlə bitirən Əhmədov elə həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1981-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1982-1986 -ci illərdə Rusiyanın Penza vilayətinin Belinsk şəhərində əvvəl sahə həkimi, terapiya şöbəsində həkim, sonralar şöbə müdiri kimi fəaliyyət göstərib.

1986-cı ildən 1992-ci ilə qədər Gəncə şəhər təcili tibbi yardım xəstəxanasında həkim terapevt, 1992-ci ildən 2006-ci ilə kimi həmin şöbənin müdiri kimi çalışıb. 2006-cı ildən Abbas Səhhət adına 1 saylı xəstəxananın baş həkimi kimi fəaliyyət göstərib. 1998-ci ildən Gəncə Səhiyyə İdarəsinin baş terapevtidir.

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, ailəlidir, 3 övladı var.


MİLLİTV.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz