"Bizim sözümüz Cənab Prezidentədir. Biz Prezidentdən kömək istəyirik".
Mediatv.az bildirir ki, bunu 7 aydan artıqdır ki, əməkhaqqılarını ala bilməyən "Aztikintiyol" MMC-yə aid Şəmkir Çınqıl Zavodunun işçiləri qeyd edirlər.
"Baş direktorumuz Mehmanşah Yunusov bizi vecinə almır. Hansı quruma da şikayət edirik, şikayətimizi eşidən yoxdur" deyən fəhlələr sözlərinin Prezidentə çatdırılmasını istəyirlər.
Mediatv.az