Şəkildə gördüyünüz bu körpü Şəki rayonunun Baş Göynük kəndində, “şin”çayı üzərində yerləşir. Sovetlər ittifaqı dağıldıqdan sonra baxımsızlıq ucbatından bərbad vəziyyətə düşmüş körpu 2004-cü ildə təmir olunub,yenidən qurulub.Şəki rayonun Baş Göynük kənd sakinləri adından Çernobıl veteranı Məmmədov Aqil Sabir oğlu Prezident İlham Əliyevə,Birincı Vitse-prezident Mehriban xanım Əliyevaya unvanladığı müraciətin bir surətini də Aktualinfo.org onlayn qəzet redaksiyasının elektron poçtuna göndərib.Aqıl Məmmədov sözügedən müraciətində yazır:
Çox hörmətli Prezident və Mehriban xanım!
Bəri başdan, bir daha Sizlərə minnətdarlığımızı bildirmək istəyirik ona görə ki, 2004-cü ildə şəxsi göstərişiniz sayəsində Azərbaycanın ən dağıdıcı dağ çayı hesab olunan “Şin çayı” üzərində uzunluğu 144 m olan körpü inşa etdirdiniz. Nəticədə 20000 insan bu körpüdən istifadə edir. Lakin çox təəssüf edirik ki, körpünün keyfiyyəti zəif olduğundan yarasız vəziyyətə düşmüşdür.
Sizdən çox xahiş edirik “Şin çayı” üzərindəki körpünün yenidən qurulması və əsaslı təmiri üçün aidiyyatı orqanlara göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk.
QEYD: 04 iyul 2019-cu ildə Şəki RİH-də Prezident Administrasiyasının zona üzrə kuratoru ilə vətəndaşların keçirdiyi görüşdə “Şin çayı” üzərindəki körpünün yararsız olması və əsaslı təmir edilməsinin cənab Prezidentə çatdırılması da xahiş edilmişdir. (Aktualinfo.org)