Axtarış...

Vətən müharibəsi qazisindən icraya cavab: “Deyirsiniz ki, “Evinizdə olmuşam”, sən mənim evimi tanıyırsan?”

Vətən müharibəsi qazisindən icraya cavab: “Deyirsiniz ki, “Evinizdə olmuşam”, sən mənim evimi tanıyırsan?”


Sabirabadda Vətən müharibəsi qazisi icra nümayəndələri ilə görüşdə icra başçısının qazi və şəhid ailələrinə biganə münasibətindən gileylənib.

İki ildir əlil arabasına məhkum qalan qazi sağlamlığına qovuşmaq istədiyini, lakin ötən dövr ərzində müalicəsinə diqqət göstərilmədiyini bildirib.

“Əziz şəhid anaları, qazilər, burada kim haqqı deyir? Mən deyirəm. Siz də susub baxırsınız. İcra başçısı: “Evinizdə olmuşam”, - deyir. Siz mənim evimi tanıyırsınız? Vəziyyətimlə bağlı müraciət etmək istəyirəm, nə köməkçini, nə başçını yerində tapa bilirəm. Mənə hələ də: “Sənə kömək edəcəyik”, - deyirlər”.

Qazi onu müalicə üçün Mirqasımov adına Respublika Klinik Xəstəxanası və 1 saylı Şəhər Klinik Xəstəxanasına göndərdiklərini, lakin heç bir effekt vermədiyini, xəstəxanaların onu müalicə etmədiyini diqqətə çatdırıb:

“Respublikanski” xəstəxanasına, sonra da “Semaşko”ya göndərdilər, amma hər ikisindən müalicəmə onların baxmadığı deyildi. Məni niyə müalicə etdirmirlər? Mənə ev də, torpaq da, maşın da vermisiniz, maaşımı da alıram, amma mənim azadlığımı qaytara bilməzsiniz. Evinizi də, torpağınızı da, maaşınızı da geri qaytarıram, amma məni ayağa qaldırın. Hansı biriniz qaldırırsınız? İki ilim gedib. İki ilə bir balaca uşaq yeriyir, hansı biriniz mənim iki ilimi qaytara bilərsiniz? Mən sizə probleməm?”

Oxu.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz