Axtarış...

KTMT-nin Baş katibi Ermənistanın Azərbaycanla sərhəd bölgəsində getdi

KTMT-nin Baş katibi Ermənistanın Azərbaycanla sərhəd bölgəsində getdi


KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya cümə axşamı Ermənistanla Azərbaycan sərhədində yerləşən əraziyə baş çəkib.

Bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.

“Sentyabrın 22-də KTMT-nin baş katibi Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistandakı missiyası çərçivəsində Azərbaycan Respublikası ilə sərhəddə yerləşən Vayodzor vilayətinin sərhəd bölgəsinə səfər edib”, - məlumatda bildirilib.

Qeyd olunub ki, Zas Ermənistan ordusunun sərhəddəki bölmələrinin komandirləri, yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşüb, həmçinin döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçularla söhbət edib.

Xatırladaq ki, KTMT missiyasının qarşısında mövcud vəziyyəti qiymətləndirmək, KTMT-yə üzv dövlətlərin başçılarına regiondakı vəziyyətlə bağlı hesabat hazırlamaq və Ermənistan-Azərbaycan sərhədində müəyyən ərazilərdə gərginliyin azaldılması üçün təkliflər hazırlamaq vəzifəsi durur.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz