Axtarış...

İrəvanda xaos: Revanşistlər Paşinyana sui-qəsd hazırlayıb? - GƏLİŞMƏ

İrəvanda xaos: Revanşistlər Paşinyana sui-qəsd hazırlayıb? - GƏLİŞMƏ


İrəvanda “Ermənistan” siyasi bloku adından və birliyin loqosu olan təxribatçı, aldadıcı mətnli vərəqələr paylanılır.

Bu barədə “Ermənistan” fraksiyasının deputatu Qeqam Manukyan “Facebook” səhifəsində yazıb:

“Paylanılan təxribatçı vərəqlərin siyasi blokla heç bir əlaqəsi yoxdur. Bunlar saxtakarlıqdır və onların məqsədi sadəcə yeni təbliğat təxribatıdır. Hakimiyyətpərəst və hakimiyyətə yaxın təxribatçılar, fitnə-fəsad törədənlər daha da batdı. Hüquq-mühafizə orqanlarının əməkdaşları yoxdur ki, onları tədbir görməyə çağırım”.

Qeyd edək ki, son günlərdə Ermənistanda baş verən proseslərin arxasında hansısa bir qüvvənin olduğu iddiaları yayılmaqdadır.

Maraqlıdır, İrəvanı qarışdıran kimdir? Dia.az-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, Ermənistanda xarici qüvvələrə xidmət edən müxtəlif şəbəkə və terror qruplaşmaları var:

“Bu konkteksdə bu gün Ermənistanda kimin təxribat törətdiyini birmənalı şəkildə demək çətindir. Hətta müəyyən qüvvələr Ermənistanın ən böyük ticarət mərkəzində törədilən partlayışın guya Rusiya tərəfindən idarə olunduğunu iddia etdi.

Amma bu yöndə hələlik konkret bir qiymətləndirmə verilməyib. Hazırda da Ermənistanda bir çox terror qruplaşmaları var. Üstəlik, Nikol Paşinyanın özü də bu şəbəkənin liderlərini həbsdən azad edib. Onlar hətta parlamentdə təmsil olunmaqla siyasi proseslərdə də iştirak ediblər. Bu gün isə həmin qüvvələr Qarabağla bağlı Paşinyan hökumətinə qarşı çıxmağa başlayıblar. Ona görə də “Qarabağ klanı” kimi revanşist müxalif qüvvələrlə yanaşı, müxtəlif xarici xüsusi xidmət orqanlarına xidmət edən terror ünsürləri də var.

Bu gün Ermənistanda baş verən təxribatların hansı şəbəkənin törətdiyini iddia etmək çox çətindir. Düzdür, müəyyən xarici qüvvələr öz maraqları konteksində Ermənistanı qarışdırmaq istəyirlər ki, Paşinyan hakimiyyətinin üzərində təzyiq mexanizmini saxlaya bilsinlər. Düşünmürəm ki, bu məsələ sonuncu təxribatdır”.

Politoloqun sözlərinə görə, Nikol Paşinyana qarşı sui-qəsd olma ehtimalı çox yüksəkdir:

“Bu, Ermənistan üçün ənənəvi bir işdir. Çünki onlar hər zaman sui-qəsd nəzəriyyəsindən istifadə edib terror hadisələri törədə bilərlər.

Hətta onlar hakimiyyətə gəlmək üçün öz xalqına qarşı da terror törətməyə hazırdırlar. Rusiya, Fransa, Avropa İttifaqı ölkələri, ABŞ-da, o cümlədən Suriyada və Livanda olan erməni diasporları öz maraqları üçün hər zaman Ermənistanı qarışdırmaq istəyirlər.

Hesab edirəm ki, yaxın zamanda hadisələr açılmağa doğru gedəcək. Ondan sonra isə Paşinyan hakimiyyəti konkret represiyaya başlayacaq. Əks təqdirdə Ermənistanda normal idarəetmə həyata keçirmək mümkün olmayacaq.

Bu da Nikol Paşinyan üçün ciddi problemlər yaradacaq. İki od arasında qalan Paşinyan mütləq mənada Ermənistan cəmiyyətində nisbi bir sabitlik yaratmalıdır. Düşünürəm ki, Paşinyan hakimiyyəti bu yöndə ciddi addımlar atacaq”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz