Axtarış...

Ermənistanda "Qarabağ klanı" müxalifətdən də sıxışdırılır

Ermənistanda "Qarabağ klanı" müxalifətdən də sıxışdırılır

Ermənistanda "Qarabağ klanı" həm hakimiyyətdən, həm də müxalifətdən sıxışdırıb çıxarılır.

Milli.Az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, bundan sonra ana müxalifət rolunu Tsarukyanın və onun partiyası oynayacaq: "Ermənistanın baş naziri Nikol Paşinyan "Çiçəklənən Ermənistan" Partiyasının lideri, məşhur biznesmen Qaqik Tsarukyanla görüşərək memorandum imzaladılar. Parlament seçkisi dekabrda keçiriləcək.

Paşinyanın dediyi oldu. Bu memorandumdan sonra parlamentdə çoxluqda olan Respublika Partiyası müqavimət göstərə bilməyəcək. Tsarukyan Paşinyanla bu dəfə anlaşsa da, ana müxalifət formalaşdırmağa çalışacaq. Tsarukyan üçün bu böyük nəticə ola bilər. Elə Paşinyana da "Qarabağ klanındansa" Tsarukyan kimi ana müxalifət lazımdır".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz