Axtarış...

“Oba Market”Dən Inanılmaz Fırıldaq: Müştərilər Bu Üsulla Aldadılır -FOTOFAKT

“Oba Market”Dən Inanılmaz Fırıldaq: Müştərilər Bu Üsulla Aldadılır -FOTOFAKT

Özünü ölkənin ən böyük marketlər şəbəkəsi elan edən “Oba market”in inanılmaz fırıldağı ortaya çıxıb. Xəbəral.az xəbər verir ki, mütamadi olaraq alıcıların şikayət etdiyi bu marketlər şəbəkəsi əsasən ucuz qiymət siyasətini həyata keçirməklə məşğuldur. Amma necə?Səbail rayonu,Bayıl qəsəbəsi, Jurnalistlərin binasının həyətində açılan “Oba market”dən məhsul alan jurnalistlərdən biri bu fırıldağın qurbanı olub. Məhsulun üzərindəki qiymətlə deyil, satıcılar kassada olan qiymətlə malı müştəriyə satır. Həmçinin müştərilər iddia edir ki, bu marketin məhsulları olduqca kefiyyətsizdir. Bu marketdən məcburən alış veriş edən İlkin Abbasov isə yaxınlığıda yalnız “Oba market”in olduğu üçün bu marketdən alış-veriş etdiyini deyir:”Bu marketdə mən yeni məhsul görməmişəm. Məcbur qaldıqda buradan alış edirəm. Amma burada dəhşətli mənzərə var.”

Yeyinti sahəsi üzrə ekspert Sevinc Kərimli bildirir ki, ölkədə ən kefiyyətsiz məhsul satan marketlər şəbəkəsinin elə birinci “Oba market”lər şəbəkəsidir:”Ucuz qiymət deyib müştərini tora salamaq bu marketlər şəbəkəsinin reklam fırıldağıdır. Eyni məhsul başqa marketdən necə ucuz ola bilər? Deməli belə çıxır ki, “Oba market” xaricdən gətirdiyi vaxtı bitmiş kefiyyətsiz məhsulu alıcıya satır. Mənə elə gəlir ki, bu məhsullar ona görə ucuzdur. Məsələn mən “Fellini” adlanan firmanın məhsulunu bu marketdən almışdım. Amma dəhşətə gəldim. Vaxtı keçmiş kefiyyətsiz məhsulu alıcıya sırımaq olmaz”

“Oba Market”Dən Inanılmaz Fırıldaq: Müştərilər Bu Üsulla Aldadılır -FOTOFAKT
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz