"Azərbaycanda bir neçə uzunömürlülər yaşayır." Uzunömürlülər deyərkən yaşı 100-dən yuxarı olan nənə - babalarımız nəzərdə tutulur. Hansı ki, onların bəziləri haqqında yerli telekanallarda da bir neçə dəfə verlişlər yayımlanıb. Bütün aparıcıların da, bütün yaşlılara ünvanladığı bir "ənənəvi" sualı var ki, "bəs uzunömürlülüyünüzün səbəbi nədir?"
Yaşlı insanların da hamısı birmənalı olaraq "sağlam qidalanma" cavabını verirlər.
Haqsız da deyillər.
Qida zəhərlənmələri və qidalardan yaranan xəstəliklər mövzusu bir zamanlar daha çox aktual idi. Demək olar, hər gün televiziya xəbərləri, yaxud sosial medialarda bu barədə yeni bir xəbər mütləq yer alırdı.
Elə bu kimi problemlərin qarşısını almaq məqsədilə Prezident İlham Əliyev 2017-ci fevralın 10-da yeni bir qurum, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin yaradılması haqqında fərman imzaladı.
Maraqlıdır ki, bizim, yəni bu xalqın qəbul etdiyi qidaların təhlükəsizliyinə nəzarət etməli olan bu agentlik, bəzən öz vəzifələrini düzgün icra etmir.
Belə ki, hiper market və super marketlər şəbəkələrində satılan ərzaqlara nəzarət yoxdur.
Qəti şəkildə "nəzarət yoxdur" deməmizə son günlər sosial şəbəkələrdə paylaşılan və DogruXeber.az informasiya agentliyinə daxil olan məlumatlar və aşağıdakı videogörüntü əsas verir.
DogruXeber.az-a daxil olan məlumatda göstərilir ki, şikayətçi "Araz" marketdən aprel ayının 21-də etdiyi alış-veriş zamanı tarixinə fikir vermədən, son istifadə tarixi 17.04.21 olan "çuğundur salatı" alıb.
"Araz" marketlər şəbəkəsinin piştaxtalarında istifadə müddəti bitmiş ərzaq məhsullarının yer alması marketin özünün və AQTA-nin ya məsuliyyətsizliyi, ya da hər hansısa bizə məlum olmayan maraqlarıdır.
P.S: Məlumatla bağlı qarşı tərəfin açıqlamasını öyrənmək məqsədilə "Araz" marketlər şəbəkəsi ilə şəxsi internet səhifələrində qeyd olunan telefon nömrəsi vasitəsilə əlaqə saxladıq. Operator xanım bizi "Araz" marketlər şəbəkəsinin Elmar adlı məsul işçisinə yönəldərdi. Elmar adlı şəxs bizə bildirdi ki: "Mənim iş vaxtım bitdi. Sizin nömrənizi başqa bir məsul şəxsə verəcəm, 5 dəqiqə sonra özü sizinlə əlaqə saxlayacaq."
Elmar bəyin vədindən 24 saat keçməsinə baxmayaraq hələ də "Araz" marketlər şəbəkəsi tərəfindən redaksiyamıza heç bir zəng olunub, açıqlama verilməyib.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az