Şəki rayonun Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürəhimov Sadiq Məmmədəli oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və bir sıra aidiyyatı dövlət orqanlarının rəhbərlərinə Şəki rayonunda üzləşdiyi problemlərin dərhal həll olunmasına kömək göstərilməsi məqsədi ilə müraciət ünvanlanıb.
Aktualinfo.org Aşağı Göynük kənd sakini Sadiq Əbdürəhimovun sözügedən müraciətini olduğu kimi oxucularra təqdim edir.O, yazır:
Əvvəlcə məlumat üçün bildirim ki, biz Şəki rayonun Aşağı Göynük kəndində yaşayan sakinlər (şəhid ailəsi) olan və 9 nəfər ailə üzvlərimizə verilmiş pay torpaq sahəsi 5 ha-a yaxındır. “Daşlı girmə” adlanan ərazidə yerləşir. Mən buraya xərc çəkib yonca becərmişəm ki, heyvandarlıqla məşğul olub ailəmizi dolandıraq. Budur, neçə vaxt idi ki, kimsə öz qoyun və malq-qara sürüsünü bizim və camaatın ot sahəmizə salıb otarırdı. Axırda 30 avqustda günorta vaxtı gedib çobanı və mal-qaranı yerimdə tutdum. (Video əlavə edilir) Çoban bildirid ki, bu Vaqifin (Vaqif Babayev Camal oğlu Baş Göynük kənd sakininəzərdə tutulur) heyvanlarıdır. Mənə deyib otarıram. Onunla zəng edib danışdıq. Əvvəlcə boyun oldu ki, narahat olma bir işdir dəymiş ziyanı ödəyərik. İndi ödəmir ki əvvəl boyun oldu sonra yox deyir mənim mallarım deyil.Vəssəlam Bu Vaqif faizə pul verib camatın torpaqlarını əlindən alan birisidir. Ona görə də ləqəbi “Faiz Vaqifdir” Qanunsuz bank fəaliyyətilə məşğul olduğuna görə əlinə imkansız adamların pulunu toplayıb ( hər ayı sələmə verdiyinin 10 faiz pul toplamaqla). Və bir az imkanı olduğuna görə yerli məmurlar da hamısı birbiriylə əlbirdi Kənddən qanunsuz kəsilən qaz durbalarını da bələdiyədən alıb yığıb həyətinə.
İndi bu məsələdə məni futbol topu kimi oynadırlar. Qəsdən bələdiyə icra nümayəndəsi, kənd təsərüfatı idarəsi vaxt uzadırlar. Yerli məmurların tədbir gördüyü bir kənara qalsın. İndi də 70 km aralıda olan Təpəcənnət kənd İcra nümayəndəsi 100 baş şəxsi inəklərini yenədə yerli məmurların icazəsilə gətirib töküb pay torpaqlarımıza Heç nəyə baxmadan basıb otarır. Bütün kənd camaatına ziyan vurur. Budur, hamılıqla şikayətlər edirik xeyri yoxdur. Bu gün dövlət məmurunun bu mal-qarasının hamısını şəxsi ot sahələrimizdən çıxarıb 6 km məsafəni sürüb gətirdik yerli kənd icra nümayəndəsinin həyətinə doldurduq tövlə kimi ki,, bu heyvanlar və sahibi barədə tədbir gör. Bunların əlindən biz qışda şəxsi mal-qaramıza verməyə ot tapmırıq. Bütün kənd camaatı bu vəhşiliyə, saymazlığa, qanusuzluğa Qax –Şəki yolunun ortasında etiraz etdik.
Mənim 8 sentyabr tarixli şikayətimə yaxşı ki, 14 sentyabrda Daxili İşlər Nazirliyindən zəng vurub maraqlandılar. Və dedilər ki, Şəki Polisinə məlumat verərik araşdırılar. Amma hələlik əksini görürük. Təpəcənnət kənd İcra nümayəndəsi şəxsi biznesini artırmaq üçün gətirib bizim şəxsi yerlərimizdə 100 baş mal-heyavanını çox sərbəst formada otarır. Elə bil dədəsinin yeridir. Bu məmuru başa sala bilmirik ki, bu torpaqlar özəldir. Örüş sahəsi deyil. Baxan yoxdur. Heç yerəgedəsi fikri də yoxdur. Şikayətimizə də baxan yox, süründürməçilik edir Şəki Dövlət Aqrar İdarəsi də o biri strukturlar da. Bilmirik dərdimizi kimə deyək.
Cənab Prezident. Sizdən xahiş edirik ki, aidiyyatı orqanlara göstəriş verəsiniz ki, “Faiz Vaqif”, Təpəcənnət kənd İcra nümayəndəsinin, biz şəhid və qazi ailələrinə qarşı törətdiyi bu özbaşnalıqlara son qoyulsun. İmkan verilsin ki, bu günə qədər dövlətdən heç vaxt heç bir imtiyaz və köməklik görmədiyimiz halda öz şəxsi torpağımızda əziyyət çəkib ailələrimizi dolandıraq. Camaat bu özbaşnalığa çox əsəbləşib