Axtarış...

“İrəvan Qərbi cəlb etmək üçün yeni münaqişə ocağı yaradır” - Tofiq Zülfüqarov

“İrəvan Qərbi cəlb etmək üçün yeni münaqişə ocağı yaradır” - Tofiq Zülfüqarov

İrəvan Ermənistan sərhədlərinin təhlükəsizliyinin tək erməni qüvvələri, imkanları ilə təmin olunması ilə kifayətlənməyərək, beynəlxalq qurumlar tərəfindən də dəstəklənməsi üçün bəhanə axtarır və həmişə olduğu kimi bunu təxribatların köməyi ilə həyata keçirməyə cəhd edir.

Bu sözləri Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov Caliber.Az-a müsahibəsində bildirib.

“Təxribatlar zənciri, hərbi toqquşmalar, lokal atışmalar artan templə gedir və Ermənistanın az qala işğal altında olduğu barədə hay-həşirlərini istisna etmirəm”, - deyə o, bildirib.

Politoloqun sözlərinə görə, Ermənistan amerikalıların və fransızların reaksiyasından ilham alıb, KTMT ilə Rusiyanın verdiyi zəmanətlər isə artıq İrəvan üçün yetərli deyil.

“Biz Ermənistanın Rusiya Federasiyasından Qərbə doğru getmə hekayəsinin davamını seyr edirik. Bu müddətdə isə Ermənistan tərəfi məhz Zəngəzurda həssas olacağını başa düşür. Ermənilər Rusiyanın Qarabağda onlara xəyanət etdiyinə, deməli bu məsələdə də eyni şeyin ola biləcəyinə inanırlar”, - deyə politoloq əlavə edib.

Sabiq nazir Rusiyanın Ermənistanda hərbi mövcudluğu ilə bağlı problemin olmadığını və bunun bütöv sənədlər paketi ilə rəsmiləşdirildiyini deyib.

“Qərb oyunçularında belə bir paket yoxdur. Qərbi bölgəyə cəlb etməyə bəhanə yaratmaq üçün İrəvan münaqişə yaradır. Bütün bunlar Ermənistanda üstünlük üçün Rusiya ilə Qərbin qarşıdurması kontekstində baş verir”, - deyə müsahib bildirib.

Politoloqun sözlərinə görə, İrəvan üçün birinin gedib başqasının gələ biləcəyi bu “növbə dəyişikliyi” anı çox təhlükəlidir, çünki həm Rusiyanın özündən, həm də atəş nöqtələrini yatırmaq üçün çox imkanları olan Azərbaycandan “sürprizlər” istisna deyil, bunu yalnız Zəngilan rayonu tərəfdən deyil, Naxçıvan tərəfdən də etmək olar.

“Buna görə də, ermənilər “Pandora qutusu”nu açmaqla “qırıq ləyən”in qabağında (tez-tez olduğu kimi) qalma riski ilə üzləşirlər”, - deyə Tofiq Zülfüqarov sözlərini yekunlaşdırıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz