Axtarış...

Zelenski Krımı Avropanın problemi adlandırdı – “Birlikdə olmalıyıq”

Zelenski Krımı Avropanın problemi adlandırdı – “Birlikdə olmalıyıq”


Ukrayna prezidenti Vladimir Zelenski, Polşa (Ancey Duda), Estoniya (Kersti Kalyulayd), Litva (Gitanas Nauseda) və Latviya (Eqils Levits) liderləri ilə diskussiya zamanı Avropada Krım uğrunda müharibənin davam etdiyini bildirib.

Sfera.az xəbər verir ki, onun bəyanatı Ukrayna lideri ofisinin saytında dərc olunub.

"Ukraynanın bir hissəsi, bizim Krım yarımadası ilhaq edilibsə, ölkəmizin şərqində müharibə gedirsə, demək, Avropada da müharibə gedir. Bizim birlikdə olmağımız çox vacibdir”, - deyə Zelenski bildirib.

Varşavada keçirilən "Xalqların xoşbəxtliyi ədalətli qanunlara əsaslanır, qanunların səmərəliliyi isə onların icrasından asılıdır” mövzulu diskussiya zamanı Ukrayna prezidenti vurğulayıb ki, Ukrayna Avropa Birliyini daha da gücləndirəcək qüdrətli dövlətdir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz