Axtarış...

İqtisadçı ilə nazirlik rəsmisini qarşı-qarşıya gətirən fındıq bağının sahibi kimdir? – MARAQLI TƏFƏRRÜAT

İqtisadçı ilə nazirlik rəsmisini qarşı-qarşıya gətirən fındıq bağının sahibi kimdir? – MARAQLI TƏFƏRRÜAT

Son günlər sosial şəbəkələrdə və mətbuatda Şəki rayonun Biləcik kəndində salınan fındıq sahələri ilə bağlı müzakirələr aparılır.
Yeniavaz.com xəbər verir ki, iqtisadçı-ekspert Qubad İbadoğlu sosial şəbəkə hesabında Şəkinin Biləcik kəndində salınan fındıq bağının hansısa məmura məxsus olduğunu iddia edib.
Qubad İbadoğlu fındıq bağlarının salınacağı ərazinin şəkillərini paylaşaraq yazıb ki, çay yatağında bir yox, min damcılı suvarma sistemi qur, faydası olmaz, ord olsa-olsa kol-kos bitər: “Bəs, o zaman belə bir yerdə bağ salmağın hansı üstünlükləri var? Üstünlüklərini yox, ancaq bu bağı salan məmurların dövlət büdcəsindən nə qədər əvəzsiz vəsait (subsidiya) alacağını deyə bilərik. Heç kimə sirr deyil ki, belə böyük təsərrüfatlar yüksək çinli məmurlara məxsusdur. Adi fermerin belə təsərrüfat yaratmağa nə maddi imkanı, nə də o torpaqları ələ keçirməyə “müstəsna hüququ” var”.
Qubad İbadoğlun yazdığı “status”a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov münasibət bildirib. Nazirlik rəsmisi “status”un şərh bölməsində belə yazıb: “Əlinizdə salınan bağın hansısa məmura məxsus olduğuna dair əsas, fakt-sübut var? Varsa, o məmurun adını çəkin, biz də bilək”, - yazaraq deyə soruşub.
Məlumat üçün bildirək ki, hazırda Qax və Şəki rayonları ərazisində, o cümlədən də Biləcik kəndi ərazisində fındıq bağlarının salınması ilə “Monte Ferro” MMC məşğul olur. Monte Ferro” MMC 28.11.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Qax şəhəri, Azərbaycan, ev 28” göstərilib. Qanuni təmsilçisi Bağmanov Hikmət Kamal oğludur.
MMC rəsmilərinin mətbuata verdiyi açıqlamada qeyd olunur ki, “Monte Ferro” MMC Şəkinin Bideyiz, İnçə, Cunud, Biləcik, eləcə də Qaxın Qaşqaçay, Güllük, Almalı, Cəlayir, Zəyəm kəndləri yaxınlığındakı əkinə yararsız bələdiyyə və meşə fondu torpaqlarının bir hissəsində intensiv fındıq bağları salıb. Ümumilikdə şirkət bu ərazilədə təqribən 2000 hektar sahədə fındıq kollarından ibarət bağ salıb. Amma 2022-ci ilədək bağların 5000 hektara çatdırılması hədəflənib.
Onu da bildirək ki, “Monte Ferro” MMC Azərbaycanın tanınmış şirkətlərindən olan “AGA Group” şirkətinə bağlıdır. “AGA Group” şirkəti 1998-ci ildən fəaliyyət göstərir. Əsasən iş mərkəzlərinin (Plazalar) sahibi kimi tanınıb. Hazırda “AGA Group”a bağlı olan iş mərkəzləri arasında “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Caspian Business Center” və “Caspian Plaza” (3 korpusdan ibarət) yer alır. Bunlardan başqa “AGA Qroup” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”), kənd təsərrüfatı ("Monte Ferro"), İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və otelçilik (“Da Vinci” və “Caspian Palace” otelləri) sahələrini də fəaliyyət göstərir.
İqtisadçı ilə nazirlik rəsmisini qarşı-qarşıya gətirən fındıq bağının sahibi kimdir? – MARAQLI TƏFƏRRÜAT

“AGA Qroup” şirkətinin sahibi Aydın Dəmirçidir. Hazırda onun biznesini oğlu Qafar Dəmirçi idarə edir. Qafar Dəmirçi 1986-cı ildə anadan olub. London Universitet Kollecinin İqtisadiyyat fakültəsini bitirib. 2008-ci ildən İT sahəsinə fəaliyyət göstərir. 2014-cü ildən etibarən "AGA Group" şirkətində vitse-prezident vəzifəsində çalışır. Qafar Dəmirçi eyni zamanda iqtisadiyyat mövzusunda video-dərslər çəkərək “Yotube” sosial şəbəkəsində paylaşır.

İqtisadçı ilə nazirlik rəsmisini qarşı-qarşıya gətirən fındıq bağının sahibi kimdir?
İqtisadçı ilə nazirlik rəsmisini qarşı-qarşıya gətirən fındıq bağının sahibi kimdir? – MARAQLI TƏFƏRRÜAT
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz