Axtarış...

Devalvasiyadan bütov çıxmayan çörəyi virus da tikələdi: - Qiymət dəyişməsə də, çəki azalıb: BƏS NƏZARƏT?

Devalvasiyadan bütov çıxmayan çörəyi virus da tikələdi: - Qiymət dəyişməsə də, çəki azalıb: BƏS NƏZARƏT?
Son vaxtlar bir sıra ərzaq məhsullarında qiymət artımı müşahidə olunur.

Qida rasionumuzda ən vacib yeri tutan çörəyin qiymətində isə dəyişiklik yoxdur. Amma bununla belə çörəyin çəkisində əhəmiyyətli azalma müşahidə olunur. Bunu istənilən şirkətin məhsulu olan çörək haqqında demək mümkündür.

Qeyd edək ki, dünya bazarlarında da buğda qiymətləri bahalaşıb. Bu bahalaşma 2014-cü ildən sonrakı dövrdə rekord göstərici hesab olunur. Məsələn, Çikaqo əmtəə birjasında ticarət olunan buğda müqaviləsi 1.3% artımla, təxminən 12.7 kilosu 6.84 dollardan əməliyyat olunub.

Hesab olunur ki, bunun əsas səbəbi taxılın böyük ixracatçılarından biri olan Rusiyanın tətbiq etdiyi əlavə gömrük vergiləriləri və Çində artan istehlak tələbidir. Eləcə də Cində əhəmiyyətli əkin sahələrində quraqlığın baş verməsi, hökumətlərin daxili tədarükü təmin etmək üçün ixracı məhdudlaşdırması qlobal taxıl qiymətlərinə təsir edib.

Pandemiya fonunda dünyada aclığın da artdığı bir dövrdəki bu qiymət artımı qida inflyasiyasına dair narahatlıqlar yaradıb.

Qeyd edək ki, Azərbaycanda son illər çörəyin qiyməti standart qalmaqdadır- çəkisindən və növündən asılı olaraq 35, 40, 50, 60 və bir qədər yüksək qiymətlərlə satılır.

Çörək qiyməti Tarif Şurası tərəfindən tənzimlənən məhsulların siyahısında olmasa da, ölkəmizdə dövlət tərəfindən çörəyin bahalaşmaması üçün müxtəlif tədbirlər həyata keçirilir. Bunlardan biri də onun əlavə dəyər vergisindən azad edilməsidir.

2015-ci ildə devalvasiya baş verən zaman da qida rasionumuzun əsas elementi olan çörəyin qiymətinin artmaması üçün dövlət tərəfindən nəzarət həyata keçirilirdi. Amma elə o zaman da bu nəzarət çörəyin çəkisinin azalmasının qarşısını ala bilməmişdi.

İndi də qiymət artımı olmasa da, yenidən çəkinin azalmasının şahidi oluruq.

Hazırda çörəyin qiymətinə nəzarət varmı?

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Cebhe.info-ya bildirilib ki, hazırda çörəyin qiymətinə dövlət nəzarəti yoxdur. Çörək qiyməti sərbəst tənzimlənir, Tarif Şuası tərəfindən tənzimlənən məhsullar sırasında deyil. Xidmət isə yalnız Tarif Şura tərəfindən tənzimlənən qiymətlərə nəzarət edir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz