Axtarış...

Yaxın günlərdə Paşinyanın istefa edəcəyi istisna edilmir - Ermənistan KİV


"Dünən Sünik (Zəngəzur) bölgəsində baş verənlərdən sonra Nikol Paşinyan artıq ölkədə gücə sahib olmadığını və ən qısa müddətdə erkən seçkilərə getməyin vacib olduğunu anladı”.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yazıb.
Bildirilir ki, müxalifət bu gündən etibarən mübarizəni daha da sərtləşdirəcək. Kütləvi tətillər, mitinqlər təşkil olunacaq. Yaxın günlərdə Paşinyanın xüsusi iclasa keçirəcəyi və istefa edəcəyi istisna edilmir.
Məlumatda qeyd edilir ki, mövcud qanunvericiliyə görə, parlament 7 günlük fasilə ilə 2 həftə ərzində yeni baş naziri seçməlidir. Yeni baş nazir seçilmirsə, keçmiş baş nazir namizədi olur və seçkiləri özü təşkil edir.
Xatırladaq ki, dünən Nikol Paşinyan Sünik bölgəsinə etdiyi səfəri etirazlar səbəbindən yarıda saxlayaraq İrəvana qayıdıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz