Axtarış...

Ermənistanda daha bir nazir istefa verdi


Ermənistanın fövqəladə hallar naziri Feliks Tsolakyan istefa ərizəsi yazıb.

Bu barədə "RİA Novosti"yə nazirliyin mətbuat katibi Anna Bağdasaryan məlumat verib.

"Nazir bu gün istefa ərizəsi yazıb, lakin bununla bağlı hələ heç bir qərar verilməyib”, - deyə Bağdasaryan bildirib.

Qeyd edək ki, Tsolakyan müxtəlif illərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, prezidentin Nəzarət xidmətinin rəhbəri, Dövlət Vergi Xidmətinin rəhbəri, Şirak bölgəsinin qubernatoru vəzifələrində çalışıb. 2018-ci ilin oktyabr ayında fövqəladə hallar naziri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan da istefa verib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz