"Şikayət hardan olacaq? Təbii ki, "Sazz"dan. Burda mədəni yazacam, amma zəng edəndə mədəniyyətimi qatdıyıb qoyacam qırağa". DİA.AZ bildirir ki, bu sözləri Bakı sakini Əhməd Afşin "Müştəriyəm Şikayətim Var" sosial qrupunda paylaşıb.
Daha sonra narazı vətəndaş bildirir: "Aylıq pulu 25 AZN, sürət 0.5 mbps. Bu sürətlə də ancaq yazını oxumaq olur, o da yüklənənə qədər.
Allahın bir vatsap statusuna baxana qədər Allaha and olsun 15 dəqiqəm keçir.
İnsanları nə vaxta qədər heyvan yerinə qoyacaqsınız? Mən nə vaxta qədər qonşunun internetinə qoşulub işimi görəcəm?"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...