Axtarış...

Bakıda dərsdə dırnaqlarını manikür edən müəllimə… - GİLEY

Bakıda dərsdə dırnaqlarını manikür edən müəllimə… - GİLEY

Suraxanı rayonunda yerləşən 290 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Rubiyə Hüseynova sinif otağında dərs zamanı dırnaqlarına manikür edir. Müəllimə bunun üçün məktəbə xüsusi aparat da gətirir və dərs vaxtı dırnaqlarını düzəltməklə məşğul olur.

Bu barədə Axar.az-a sözügedən məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat veriblər.

Şikayətçilər bildirir ki, R.Hüseynovanın özbaşınalığı bununla yekunlaşmır. Müəllimə dərsdə uşaqlarla olduqca kobud rəftar edir, hətta azyaşlı uşaqlara qarşı söyüş də söyür.

Müəllimənin bu kimi davranışlarından narazı olan valideynlər məktəbin direktoruna da bununla bağlı məlumat verib və bir tədbir görülməsini istəyiblər. Lakin valideynlərin şikayəti heç bir nəticə verməyib. Bunun əksinə olaraq müəllimə valideynlərlə də kobud rəftar etməyə başlayıb. Çıxılmaz vəziyyətdə qalan valideynlər media vasitəsilə aidiyyəti qurumlara araşdırma aparması üçün səsləniblər.

Mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığımız sorğuya isə məktəbin cavabı göndərilib. Yəni Bakı Təhsil İdarəsi sorğunu məktəbə istiqamətləndirib, məktəbin cavabında isə təbii ki, şikayətdə əksini tapan ittihamlar qəti şəkildə təkzib edilib:

“Rubiyə Hüseynova 1994-cü ildən S.Abdullayev adına 290 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləyir. İşlədiyi illər ərzində valideynlərdən müəllim haqqında heç bir narazılıq daxil olmayıb. Qeyd etdiyiniz valideynləri narahat edən hər hansı bir məsələ varsa, məktəb rəhbərliyinə müraciəti əsasında aydınlıq gətirilə bilər”.

Axar.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz