Axtarış...

2-ci sinif şagirdi dərs zamanı öldü - Bakıda

2-ci sinif şagirdi dərs zamanı öldü - Bakıda

Bakıdakı 67 saylı orta məktəbdə 2-ci sinif şagirdi dərs zamanı 2-ci sinif şagirdi Sabir Xəlilov dünyasını dəyişib.

Məktəbin direktoru İradə Bayramova AzNews.az-a bildirib ki, Sabir Xəlilovun ölümünə səbəb yediyi çörəyin qida borusuna düşməsi olub:

“Sabir evin tək övladı idi. Allah heç bir anaya göstərməsin. Anasının bildirdiyinə görə, Sabirin boğazında problem olub, əməliyyat olunacaqdı. Sadəcə maddi vəsait olmadığından əməliyyat gecikib. Dünən anası dərsə gələndə ona yemək alıb. Sinif otağında uşağın yediyi çörək qida borusuna düşüb. Təcili tibbi yardım çağırdıq, amma gec oldu, Sabiri xilas edə bilmədik”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz