Axtarış...

Yeni bahalaşma dalğası gəlir: Nələrin qiyməti qalxacaq? - SİYAHI

Yeni bahalaşma dalğası gəlir: Nələrin qiyməti qalxacaq? - SİYAHI

Xəbər verdiyimiz kimi, gələn ildən konyak istisna olmaqla, Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına, energetik (alkoqollu və alkoqolsuz) içkilərə tətbiq edilən aksiz dərəcələri artırılır.
Bəs aksiz dərəcəsinin artırılması qiymət artımına səbəb olacaqmı?

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, bu artım qiymətlərə mütləq təsir edəcək:

“Sözsüz ki, aksiz vergisinin artırılması məhsulun xərclərinə təsir edəcək, nəticədə qiymət də bir qədər artacaq. Azərbaycanda həmin məhsulları satan, gətirən sahibkarlar bazarda monopol mövqeyə malikdirlər. Buna görə, ola bilsin ki, qiymət artımı aksiz dərəcəsinin artımına adekvat olmasın yəni, bir qədər çox olsun. Bazarda rəqib olsaydı, bu tip artım zamanı sahibkarlar bir qədər ehtiyyatla hərəkət edərdilər. Onu da nəzərə alaq ki, hökumət qiymət artımını cilovlamağa çalışır. Buna sübut olaraq, ölkə prezidentinin və baş nazirin birinci müavinin də bu məsələ barəsində danışmasını göstərə bilərik. Düşünürəm ki, bu inzibati nəzarət qiymət artımının qabağını ala bilər".

Ekspert konyak və konyak məhsullarının aksiz dərəcəsinin aşağı salınması məsələsinə də aydınlıq gətirib:

“Mən düşünürəm ki, bu cür idxal məhsullarının aksiz vergiləri artırılan zaman ölkə daxilində az istehsal olunan, açıq tələbatın çox olduğu məhsulların aksizlərini azaldırlar. Aksiz əslində iqtisadi alət olmaqla, daxili bazarın qorunması üçün istifadə edilir. Bizdə həm istehsal olunan, həm də idxal olunan məhsullara qoyulur ki, daxili bazarda sahibkarların mənfəət norması ödənilsin. Ola bilsin ki, konyak ölkədə az istehsal olunur və buna açıq tələbat var, ona görə də bu məhsul stimullaşdırılır”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz