Axtarış...

Gürcüstanın sabiq müdafiə naziri istintaqa ifadə verib

Gürcüstanın sabiq müdafiə naziri istintaqa ifadə veribGürcüstanın keçmiş müdafiə naziri, “Qalib Gürcüstan” siyasi hərəkatının lideri İrakli Okruaşvili istintaqa ifadə verib.

“Report”un yerli bürosu xəbər verir ki, dindirmə Tbilisi Şəhər Məhkəməsində keçirilib.

Keçmiş nazir Gürcüstan paytaxtında iyunun 20-21-də baş verən hadisələrlə bağlı dindirilib.

Qeyd edək ki, 20-21 iyun hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində müxalifət liderləri - Gia Baramidze, Gigi Uqulava və Qriqol Vaşadze də sorğu-sual olunub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz