TÜRKİYƏNİN PAYTAXTI ANKARADA YENİ KANAL TİKİLƏCƏK.
Millitv.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Kanalın uzunluğu 9,2 kilometrə bərabər olacaq.
Qeyd olunur ki, Ankarada kanalın tikintisi 2014-cü ildə planlaşdırılırdı. O zaman tender keçirilsə də, nəticələr şəhər rəhbərliyi tərəfindən ləğv edilmişdi.
Ankara kanalının heç bir kommersiya məqsədi daşımayacağı və yalnız daşqınların və su axınlarının qarşısının alınması üçün tikiləcəyi deyilir.