Türkiyənin Rusiya ilə birgə Fərat çayının şərqində PYD və YPG terror qruplaşmalarına qarşı hərbi əməliyyatlara başlayacağı istisna deyil.
Millitv.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı bildirib ki, tərəflər PYD və YPG terrorçularına qarşı birgə fəaliyyət planını hələ müzakirə etməyiblər.
Onun sözlərinə görə, ABŞ PYD və YPG terrorçularının Suriyanın Mənbic şəhərindən çıxarılması ilə bağlı vədinə əməl etmədi:
"Türkiyə və Birləşmiş Ştatlar arasında əldə olunmuş razılaşmaya əsasən, PYD və YPG bölmələri 90 gün ərzində Mənbicdən çıxmalı idi, lakin bu baş vermədi".
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə, Rusiya və İranın birgə səyləri artıq Suriyada öz müsbət nəticəsini verir.