Evdən dərs adı ilə çıxıb qaçan 14 yaşlı Fidan Kamilova tapılıb.
BiG.AZ xəbər verir ki, bu barədə Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni Axtarıram” verilişində məlumat verilib.
Belə ki, azyaşlı Fidan aparıcının müraciətindən sonra qonşusugilə gəlib.
Efirə çıxan Fidan Kamilova bildirib ki, avtobusda salona işçi axtarılması elanını görüb və evdən gedib: “Salona girib işləmək istədiyimi bildiridim. Onlar da razı oldu. Yaşımı soruşanda 16 olduğu dedim. Qadın da mənə dedi ki, sənə 18 yaş verərəm. Məndən heç bir sənəd istəmədilər. Yalandan dedim ki, qohumlarım burada qalıb. Amma hazırda rayondadırlar. Salondakı qadın bizdə qala bilərsən dedi. Dedi mən də kirayədə qalıram. Sən də mənə kömək edərsən. Gündə 10 manat qazanırdım. Amma hamısını vermirdim. Məktəbdən 6-cı sinifdən çıxarılmışam”.