Axtarış...

Cəlilabadda məktəb direktoru ilə müəllim arasında əlbəyaxa dava - AÇIQLAMA

Cəlilabadda məktəb direktoru ilə müəllim arasında əlbəyaxa dava - AÇIQLAMA

Cəlilabad rayonunda məktəb direktoru ilə müəllim arasında əlbəyaxa dava olub.

Direktor 8 illik pedaqoji fəaliyyəti olan ingilis dili müəllimi Elnur Qasmovun üstünə hücum edərək onu qolundan tutub küçəyə atıb.

Müəllim Elnur Qasımov AzNews.az-a açıqlamasında faktı təsdiqləyib. O, bildirib ki, bu qalmaqala səbəb direktor Camal Bəşirovun ondan 200 manat rüşvət istəməsi olub:

“Biləsuvar rayonundanam. İmtahan verib Cəlilabad rayonunun Sərxanlı ümumi orta məktəbinə gəlmişəm və 8 ildir burada ingilis dili müəllimi işləyirəm. 22 saat dərsim olub. Yeni dərs ili başlayanda direktor mənim dərs saatımın azaldığını dedi. Səbəbini soruşanda dedi ki, bura ikinci ingilis dili müəllimi gələcək. Sənin 5 saatını kəsib həmin müəllimə verəcəm. Ya 200 manat ver həmin 5 saatı sənə yazım, ya da başqa müəllim gələcək. Razılaşmadım. Dedim ki, sən mənim haqqımı əlimdən ala bilmərsən. Sən müəllim deyilsən, diplomunda müəllimliyə aid heç nə yazılmayıb. Kitabxanaçı ola-ola 29 saat dil ədəbiyyat dərsi deyə bilərsən, amma cavan kadrın dərsini əlindən almalısan. Dedi ki, bura mənim evimdi, qanunları da mən qoyuram, hara istəyirsənsə get şikayət elə. Qolumdan tutub küçəyə atdı”.

Elnur Qasımov deyir ki, iki gündür direktor onu sözü gedən məktəbə buraxmır: “Məsələ ilə əlaqədar Cəlilabad rayon Təhsil Şöbəsi müdirinin qəbuluna getdim. Məni dinləyəndən sonra dedi ki, “direktor səni səhv edib məktəbdən çıxarıb. Sən məktəbə get, mən direktora deyəcəm”. Məktəbə çatanda direktor məni gördü. Valideynlərin yanında üstümə cumdu “ay kişi sənə demirəm bura gəlmə, get, ölsən də buraxmayacam”. Mən ona tabe olmadığıma və 200 manatı vermədiyimə görə, mənim şərəf və ləyaqətimi alçaldıb”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz