Axtarış...

Moskvada atışma: azərbaycanlı, erməni, çeçen və gürcü saxlanıldı

Moskvada atışma: azərbaycanlı, erməni, çeçen və gürcü saxlanıldı

Moskvanın cənubundakı Qərbi Biryulevoda baş verən və silahlı atışma ilə müşayiət olunan kütləvi davadan sonra 20 nəfər polis bölməsinə gətirilib.

Millitv.Az oxu.az-a istinadla xəbər verir ki, saxlanılan şəxslər arasında Çeçenistan, Azərbaycan, Gürcüstan və Ermənistan vətəndaşları olub.

Moskva polis idarəsinin mətbuat xidmətinin məlumatına görə, hadisə dünən yerli vaxtla 21:00-da baş verib. Sakinlər Bulatnikov küçəsində sürücülərin dalaşdığı ilə bağlı məlumat verib. İnsident zamanı silah səsləri eşidilib.

Hadisəyə səbəb kimi "VAZ" və "Mersedes" markalı iki avtomobilinin qəza şəraiti yaratması göstərilib. Tərəflər arasında mübahisə düşüb.

Hadisə nəticəsində üç nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz