ABŞ-ın Çikaqo şəhərində dünən baş verən kriminal qarşıdurmalar zamanı azı 5 nəfər ölüb, təqribən 40 nəfər isə yaralanıb.
Millitv.Az report-a istinadən xəbər verir ki, bu barədə şəhər polisinin rəisi Fred Uoller mətbuat konfransında bildirib.
"Çikaqoda zorakılıq gecəsi yaşanıb. Şəhərimizin küçələrində təsadüfi və ya məqsədli atışmalar yolverilməzdir", - o deyib.
Yerli KİV-in yazdığına görə, yalnız 3 saat ərzində şəhərin 10 müxtəlif yerində atışmalar olub.