Axtarış...

Xəstəxanaların generator problemi həll olundu? - Səhiyyə Nazirliyindən AÇIQLAMA

Xəstəxanaların generator problemi həll olundu? - Səhiyyə Nazirliyindən AÇIQLAMA

Hazırda bütün xəstəxanaların generatorlarla təchizatı işi davam etdrilir.

Miliitv.az xəbər verir ki, bunu modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

O qeyd edib ki, indiyədək bütün həyati əhəmiyyətli tibb müəssisələrində, reanimasiyalarda, doğuş xidmətlərində generatorlar var idi. Hazırda bütün tibb müəssisələrində generatorlar quraşdırılır".

S.Əhmədova deyib ki, yaxın vaxtlarda işlər tam olaraq yekunlaşacaq.

Xatırladaq ki, iyulun 2-də və 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş enerji qəzası zamanı bütün ölkə qaranlığa qərq olmuşdu. Həmin vaxt bir çox xəstəxanlarda generatorların olmadığı müəyyən olunmuşdu.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz