Axtarış...

Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video

Ağdamda intihara cəhd olub.
 
Xalq məlumat verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə Ağdamın işğaldan azad olunmuş ərazilərində  tikinti işləri aparılan  tikintidə fəhlə işləyən şəxs  intihara cəhd edib. Araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, Ağdamda  “FRIEND” MMC-nin inşa işlərində çalışan fəhlə bir neçə  vaxtdır ki, maaşını ala bilmdiyi üçün intihara cəhd edib.  Müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb oluub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Qeyd edək ki, “FRIEND” MMC Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin sifarişlərini icra edir.
Qeyd edək ki, “FRIEND” MMC-nin  rəhbərləri  Elçin, Elvin və  Natiq  Çobanov  qardaşlardır.
Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən və   “FRIEND” MMC-dən  heç bir açıqlama almaq mümkün olmadı
 


Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz