Axtarış...

70 yaşlı icra başçısı olan Alı Alıyev…..

Hakimiyyətin başlatdığı kadr dəyişiklikləri mütəmadi  davam edir.
 
Ötən dövrlərdə pensiya yaşı çatmış məmurlardan öz ərizəsi ilə işdən ayrılanlarda oldu.   Lakin pensiya  yaşı çatmış məmurlar vəzifədə olmanın son yaş hədddini keçənlərdə var. Son vaxtlar bir neçə rayonun rəhbərliyinə daha gənc n kadrlar gətirilib. Həmçinin nazir və müavinləri postlarına da yeni kadrların təyinatı davam edir.
 
 Xalq-ın araşdırmalarına görə pensiya yaşını keçmiş və vəzifədə olan bir çox məmur işini davam etdirir.
 
Bu məmurlar barədə araşdırmalarımızı təqdim edirik.
 
 
2011-cü ildən icra hakimiyyəti başçısı  olan  70 yaşlı Alı Alıyev  14 ildir ki, vəzifədədir.
 
Alı Nüşrəvan oğlu Alıyev 4 yanvar 1955-ci ildə  anadan olub.
 
Ali məktəbi bitirdikdən sonra 1977–1978-ci illərdə C. Cabbarlı sovxozunda iqtisadçı-aqronom, 1978–1981-ci illərdə Füzuli rayon Komsomol komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuş siyasi işlər üzrə komandir müavini kimi çalışmış, hərbi rütbəsi mayordur. 1983-cü ildə Füzuli rayon Komsomol komitəsində təşkilat şöbəsinin müdiri, 1984–1985-ci illərdə Füzuli rayon Partiya komitəsində təlimatçı,1985–1987-ci illərdə Bakı Alı Partiya məktəbinin dinləyicisi olmuşdur, 1987–1988-ci illərdə Füzuli rayon Partiya komitəsində təlimatçı, 1988–1989-cu illərdə Füzuli rayon Partiya komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1989–1999-cu illərdə Füzuli rayon Aqrar Sənaye Kombinatının direktoru vəzifələrində çalışmışdır.
 
1999-cu ildən son təyinatınadək Füzuli rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsində çalışmışdır.
 
2011-ci ildə  Alı Nuşrəvan oğlu Alıyev Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. Alı  Alıyev   Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
 
2014-cü il  ildə Alıyev Alı   Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
 
Xalq.online
Text-to-Speech

DİNLƏ






Şərh yaz